BMT sülhməramlıları azad olunmadı
İnsident 86-cı mövqe yaxınlığında ayrılma rayonunda baş verib. BMT-nin mətbuat katibi bildirib ki, sülhməramlılar “naməlum silahlı qrup tərəfindən” tutulub.
Qolan yüksəkliklərində BMT-nin ayrılma zonasına müşahidə edən qüvvəsi Suriya ilə İsrail arasında atəşkəsin təmin olunması üçün 1974-cü ildə yaradılıb.
BMT-nin müşahidə qüvvəsi, hündürlüyü 75 kilometr, eni 10 kilometr və mərkəzi cənub nöqtəsində 200 metr təşkil edən ayrılma rayonunda patrul xidməti və müşahidəni həyata keçirir.
Ayrılman rayonu - yaşayış zonasıdır və Suriya hakimiyyəti tərəfindən idarə olunur. Buraya BMT-nin ayrılma zonasına müşahidə edən qüvvəsindən başqa heç bir silahlı qüvvə daxil ola bilmir. Hazırda BMT-nin ayrılma zonasına müşahidə edən qüvvəsinin tərkibində Avstriya, Hindistan, Filippin və Xorvatiyadan min nəfərdən çox hərbi qulluqçu vardır.
AzVision.az