Daha bir müxalifətçi prezidentdən əfv istədi

Daha bir müxalifətçi prezidentdən əfv istədi
  01 Dekabr 2014    Oxunub:1499
Bloqçu Əbdül Əbilov əfv ərizəsi yazıb.
Onun anası Nurcahan Əbilova dekabrın 1-də “Media forum” saytına deyib ki, oğlu prezident İlham Əliyevə müraciət edərək əfv istəyib: “Oğlumla axırıncı dəfə noyabrın 16-da görüşmüşəm. Üç ay idi görüş verilmirdi. Nəhayət, üzbəüz görüşə bildim. Səhhəti yaxşı idi. Əbdül dedi ki, əfv ərizəsi yazıb...”.

Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. Bloqçu narkotik alverində təqsirli bilinib. Bu il mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Noyabrın 17-də Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.


Teqlər:  





Xəbər lenti