İnqilabçı yepiskop agent çıxdı - Erməni keşişlər KQB-yə işləyirlər

      İnqilabçı yepiskop agent çıxdı    - Erməni keşişlər KQB-yə işləyirlər
  07 May 2024    Oxunub:5339
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Delimitasiya proseslərinə qarşı çıxan revanşistlər etiraz aksiyaları keçirir, polis isə güc tətbiq edərək mitinqləri dağıdır.
Artıq proseslər fərqli istiqamətə yön alıb. Etirazçılar son günlər keşiş Baqrat Qalstanyanın ətrafında toplaşaraq İrəvana doğru yürüş təşkil edirlər. Onların əsas tələbi baş nazir Nikol Paşinyanın istefasıdır.

İrəvanda çevriliş hazırlanır - Arxiyepiskop Robert Koçaryanla niyə görüşüb?
Hadisələrin mərkəzində olan keşis Baqratla bağlı isə əmaraqlı məlumatlar yayılır. Hakim "Mülki Müqavilə" partiyasının deputatı Qaqik Melkonyan keşişin Rusiya agenti olmasını iddia edib. Deputat ölkədə çevriliş etməyə çalışan Baqratın azsaylı tərəfdarının olmasını isə ələ salıb.

Onun sözlərinə göre Tavuşdan İrəvana yürüş edən keşiş özünü Nikol Paşinyana oxşatmağa çalışır. Paşinyanın deutatı məlum aksiya və yürüşlərin ölkəni dağıdacağı barədə deyilənlərlə də razılaşmayıb: "Hakimiyyətin sarsılması hardan və necə məlum olub? Baqratın Tavuşdan kənara çıxması siyasi hakimiyyəti sarsıdıb? Heç nə baş verməyəcək. Müxalifət ətrafına adam toplaya bilmədi. Baqramyan prospektini aylarla bağlı saxladılar. İnsanları toplamaq üçün hər şeyi etdilər, amma bacarmadılar. İndi isə yepiskopla cəmi 40 nəfər gəlir. Nikol Paşinyan 12 nəfərlə Gümrüdən gəlmişdi. Baqrat Srpazan bel çantasını unudub, gərək bel çantasını da götürəydi. Bel çantası yoxdursa, uğur qazana bilməyəcək".

Deputat revanşist qüvvələrdən "5-ci kolon” kimi Ermənistanı müharibəyə sürükləmək üçün istifadə olunduğunu da bildirib.

“Baqrat əksər başqa din xadimləri kimi Rusiyanın ən yaxşı agentlərindən biridir. Rusiyanın Ermənistanda həmişə agentləri olub. Onlar elə indi də fəaliyyət göstərirlər. Kilsə KQB-yə bağlı idi. Xaricdəki kilsə xadimlərimizin yarıdan çoxu KQB agenti olub. Yepiskop Baqrat Tavuş yeparxiyasının rəhbəridirsə, niyə paytaxta doğru gəlir, İrəvanı işğal etməyə gəlir? Orada səlahiyyətli şəxslər var, ona başa saldılar ki, sərhəd demarkasiya olmalıdır, dövlət sərhədimiz olmalıdır. “Əsgərimizin ayağı olan yerdə sərhədimiz var” deməsi isə çox təhlükəli tezisdir".

Bu, Baqratla bağlı Ermənistan mediasında işıqlandırılan ilk qalmaqallı məsələ deyil. Bir neçə gün öncə yepiskopun Paşinyana müxalif dairələrlə, xüsusən də Qarabağ klanının əsas fiquru sayılan hərbi cani Robert Koçaryanla gizli görüş keçirməsi barədə məlumatlar yayılmışdı. Bəzi saytlar bunu hətta "kulisdə çevrilişə hazırlığın aparılması" kimi də qiymətləndirdilər.

Maraqlıdır ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi məsələyə dərhal reaksiya verdi. Hərbi cani Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri ilə görüş keçirməsi barədə yayılan məlumatı təkzib edib.


Qeyd edək ki, Qarabağ işğalda saxlanılarkən Kəlbəcər rayonunun qanunsuz "keşişi" olmuş, həm Birinci Qarabağ savaşında, həm də oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak etmiş separatçı-terrorçu Ter-Hovanes Hovanisyan da yenidən aktivləşib. Əlində avtomat poz verməsi ilə tanınan yalançı "din xadimi" dünən revanşistlərə öz dəstəyini nümayiş etidirib. Hovanisyan öz tərəfarları ilə yürüşə qoşulib. O, hətta sərsəmləyərək “Son məqsəd həm də "Artsax" (Separatçıların Qarabağa verdikləri qondarma ad-red.) üçün ədalət və qələbədir” deyib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Keşiş   Agent  





Xəbər lenti