Özünü "qazi" kimi qələmə verən dələduz saxlanılıb

Özünü "qazi" kimi qələmə verən dələduz saxlanılıb
  08 May 2024    Oxunub:1224
Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə özünü "qazi" kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.
DİN-in Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, onun Sumqayıt şəhərində yaşayan iki Vətən müharibəsi qazisini guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda köməklik göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.

Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi olmadığı məlum olub.

E.Nağıyev barəsində araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

AzVision.az


Teqlər: cinayət   dələduzluq   DİN  





Xəbər lenti