Qazaxda narkotik yetişdirən şəxs saxlanılıb

Qazaxda narkotik yetişdirən şəxs saxlanılıb
  09 May 2024    Oxunub:577
Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayonun Kosalar kənd sakini Əli Nəsibov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Ə. Nəsibovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti