İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunanlar saxlanılıblar

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunanlar saxlanılıblar
  08 May 2024    Oxunub:641
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.
DİN-dən AzVision.az -a verilən məlumata görə, tədbir zamanı Məhəmməd Kərimov və tanışı, əvvəllər məhkum olmuş Mirdamət Ağayev saxlanılıblar. Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilən 15 kiloqram narkotik vasitə marixuana aşkarlanıb.

Onlar narkotikləri sosial şəbəkədə tanış olduqları İran vətəndaşı "Əli" adlı şəxsin göstərişi ilə Qaradağ rayonundan əldə etdiklərini bildiriblər. Saxlanılanlar narkotikləri pul qarşılığında paytaxtda müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: cinayət   narkotika   DİN  





Xəbər lenti