`Leyla Yunus QİÇS-ə yoluxa bilərdi...` - Siyavuş Novruzov

`Leyla Yunus QİÇS-ə yoluxa bilərdi...` - Siyavuş Novruzov
  01 Dekabr 2014    Oxunub:2598
“Leyla Yunusun erməni kəşfiyyatına işləməsi, Azərbaycanın maraqlarını satması, dövlət sirrini düşmən dövlətə çatdırması, vergidən yayınması kimi bir çox cinayətlərdə əli var. Ona görə də məsuliyyətə cəlb olunub və istintaq gedir. Bununla əlaqədar olaraq Avropa qurumlarının onu dəstəkləməsi bilavasitə erməni lobbisinin təhriki ilə bağlıdır. Onlar öz agentlərini xilas etmək istəyirlər. Ona görə də həmin qurumlar bununla əlaqədar olaraq dəstək bəyanatları səsləndirirlər”.
Bunu AzVisio.az-a açıqlamasında YAP-çı deputat Siyavuş Novruzov dedib. Millət vəkili hüquq müdafiəçisi Leyla Yunusun “vəsiyyət yazması” ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, qeyd edib ki, Leyla Yunus xəstə olduğunu bildirir, amma ona təqdim olunan bütün tibbi yardımlardan imtina edir:

“Leyla Yunusun vəsiyyət yazması erməniyə xas olan tipik oyundur. O, bütün vasitələrlə avropalıların hissiyatına toxunmaq istəyir. Bir tərəfdən də ona təklif olunan həkim müayinəsi və müalicəsindən imtina edir. O tərəfdən isə vəsiyyət yazır. Leyla Yunusun bu əməli sırf erməni hiyləgərliyinə uyğundur. O, QİÇS-ə yoluxa bilər. Onun bu baxımından heç bir problemi yoxdur. Bəlkə də yoluxub. Onu həkimlər müayinə edib müəyyənləşdirə bilərlər. Bütün cəhdlərə baxmayaraq o bütün tibbi yardımlardan imtina edir. İstənilən an istənilən vətəndaşa tibbi yardım göstərilməlidir. O cümlədən məhbuslara və istintaq altında olanlara da tibbi yardım göstərilməlidir”.

S.Novruzov qeyd edib ki, əgər Leyla Yunusun səhhətində hər hansı bir problem varsa həkimə müraciət etməlidir.

“Daha vəsiyyətnamə yazmağa ehtiyac yoxdur. Deyir ayının min oyunu var, bir armudun başındadır. İndi bunun min oyunu isə ancaq həmin təşkilatların diqqətini özünə cəlb etmək və bunun nəticəsində də Azərbaycana qarşı hər hansı bir təzyiqlər, Azərbaycanı dünya icimayyəti arasında insan hüquqlarının pozulduğu bir ölkə kimi təqdim etməkdir. Bunun da başlıca səbəbi bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən bütün işlərdə ermənilərə xüsusi bir kozur verməkdir. Bu bilavasitə erməni siyasətinə xidmət etməkdir və onlara verilən bir kozurdur. Leyla Yunus ATƏT və NATO-nun tədbirlərində sırf erməni tərəfindən çıxış edirdi. Hətta o bir söz işlətdi. Guya onu tutanda deyiblər ki, sən erməni qadını olduğuna görə, sənə qarşı cinsi təcavüz olunacaq və s. Oradakı ermənilərdə bundan istifadə edərək fikir irəli sürdülər ki, guya Azərbaycan deyir ki, Dağlıq Qarabağa yüksək muxtariyyət veririk və burada ermənilərə yaşamaq hüququnu təmin edirik. Halbuki Azərbaycanda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşları bu cür hallarla rastalaşmayıblar. Azərbaycanda 30 mindən artıq erməni var. Onların isə böyük əksəriyyəti qadınlardır. Onlar normal vətəndaş kimi Azərbaycanda yaşayırlar”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti