Köçkünlərin yeni “köçü”

Köçkünlərin yeni “köçü”
  01 Dekabr 2014    Oxunub:1631
Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün inşa olunmuş 320 ailəlik yeni yaşayış qəsəbəsində işləri tam başa çatdırılıb.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəsəbə Azərbaycan prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunub.

Qəsəbənin ümumi ərazisi 380 hektardır. Qəsəbənin ərazisində müasir standartlara tam cavab verən 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, musiqi məktəbi, inzibati bina, həkim məntəqəsi, poçt binası da tikilib. Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə də bağlı hərtərəfli iş aparılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları və idman zalı bütün zəruri inventar və avadanlıqla təchiz olunub. Artıq qəsəbəyə məcburi köçkünlərin köçürülməsinə başlanılıb.


Teqlər:  





Xəbər lenti