Kipr virtual döyüşlərdən 218 milyon avro qazanıb

Kipr virtual döyüşlərdən 218 milyon avro qazanıb
  07 May 2013    Oxunub:1121
Kiprin Wargaming şirkəti 2012-ci ildə 217, 9 milyon avro gəlir əldə edib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, gəlirin hamısı demək olar ki, bir oyun ilə - çoxlu istifadəçinin bir-birləri ilə tanklarla vuruşduğu üç mərhələli World of Tanks vasitəsilə qazanıb.

Kipr şirkəti 2011-ci ildə qeydiyyatdan keçib və Wargaming.net-də oyunlarının paylanması hüququna malikdir.

2010-cu ildə Wargaming.net dünyada ən məşhur oyunlardan biri olan World of Tanks ilə iki il ərzində 45 milyon istifadəçi yığıb.

AzVision.az


Teqlər:





Xəbər lenti