Yaralanmış hərbçimiz vətənə qayıtdı -Fotolar

Yaralanmış hərbçimiz vətənə qayıtdı -Fotolar
  29 Noyabr 2014    Oxunub:1496
Erməni Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan gizir Ədalət Məmmədov noyabrın 29-da vətənə qayıdıb.
Ədalət Məmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Müdafiə Nazirliyinin, Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri və hərbçinin yaxınları qarşılayıblar.

Müalicədən sonra özünü yaxşı hiss etdiyini bildirən Ə.Məmmədov deyib: “Göstərilən yüksək diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə və xalqımıza təşəkkür edirəm”.

Gizirin qardaşı Vilayət Məmmədov müalicə prosesinin uğurla keçdiyini vurğulayaraq deyib: “Düşmən hücumunun qarşısını alarkən yaralanmış hərbi qulluqçularımızın, o cümlədən qardaşımın tezliklə sağalıb Vətənə qayıtması üçün göstərilən diqqətə görə ailəmiz adından Azərbaycan və Türkiyə dövlətlərinə minnətdarlığımı bildirirəm”.

Qalereya




Teqlər:  





Xəbər lenti