Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalistə vəzifə verildi
  29 Noyabr 2014    Oxunub:1747
Azərbaycan Respublikası Peyntbol Federasiyasına yeni mətbuat katibi təyin olunub.
AzVision.az xəbər verir ki, bundan sonra federasiyada bu vəzifəni jurnalist Amil Hacıyev icra edəcək.

Qeyd edək ki, Amil Hacıyev ANS televiziyasında müxbir kimi fəaliyyətə başlayıb. Bır sıra proqramların aparıcısı və idman departamentinin rəhbəri olub.
Hazırda Publika.az saytının baş redaktorudur. Amil Hacıyev hazırkı işində qalmaqla ictimai əsaslarla Azərbaycan Respublikası Peyntbol Federasiyasının mətbuat katibi vəzifəsini də yerinə yetirəcək. Amil Hacıyev peyntbol idman növü üzrə keçirlən tədbirlərdə hər zaman yaxından iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti