Azərbaycanın lavaş qələbəsi

Azərbaycanın lavaş qələbəsi
  29 Noyabr 2014    Oxunub:2167
UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına ermənilərin adına çıxarılan lavaş qərarında dəyişiklik edilib.
Azərbaycanın etirazından sonra siyahıda erməni lavaşı ifadəsi bir sutka belə qalmadan dəyişdirilib.

Beləliklədə lavaş erməni mətbəxinə xas bir qida növü olaraq qeyd edilmir. Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib ki, erməni təxribatının qarşısı alınıb:

"Bir yemək növünün Ermənistan ərazisində bişirilməsi bunun erməni xalqına xas olacağı mənasını vermir", -deyə UNESKO-da təşkil olunan yığıncaq zamanı Azərbaycan tərəfi bildirib.

Azərbaycanın UNESCO nümayəndəliyi gələn il lavaş çörəyinin bütün bölgənin mədəniyyət mirası olaraq siyahıya daxil edilməsini istəyəcək.(Ans)


Teqlər:





Xəbər lenti