Vulkan 5 nəfəri öldürdü

Vulkan 5 nəfəri öldürdü
  07 May 2013    Oxunub:1597
Filippində qəfil püskürən vulkan 5 nəfərin həyatına son qoyub.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Fillipində Mayon vulkanının qəfil püskürməsi nəticəsində beş alpinist ölüb. Ölənləri ərazidən çıxarmaq üçün xilasedici komandası və helikopter göndərilib. Onların arasında Almaniya, Avstriya və Filippin vətəndaşları olub. 20 alpinistdən 7-si xəsarət alıb. Xəsarət alanların bəzisinin vəziyyəti kritikdir.



AzVision.az


Teqlər:  





Xəbər lenti