Ermənistanda nazirlik ləğv edildi

Ermənistanda nazirlik ləğv edildi
  06 Noyabr 2014    Oxunub:1825
Ermənistanda Ərazilərin idarə olunması üzrə nazirlik ləğv edilib.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Ovik Abramyan hökumətin iclasında çıxışı zamanı bildirib.

Məlumata əsasən bu nazirlik Fövqəladə Hallar Nazirliyinə birləşdiriləcək. Ölkədə isə nazirliklərin sayı dəyişilməz olaraq qalacaq. Belə ki, Ermənistanda Beynəlxalq İnteqrasiya və İslahatlar Nazirliyi yaradılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti