İŞİD-lə bağlı sensasion iddia

İŞİD-lə bağlı sensasion iddia
  06 Noyabr 2014    Oxunub:2936
Bütün dünyanın başına bəla olan İŞİD terror təşkilatının yarandığı məkan məlum olub.

`The Washington Post` qəzeti bu yerin ABŞ-ın Küveytdə qurduğu Bucca Həbsxanası olduğunu iddia edib. İŞİD-in ən yüksək səviyyəli rəhbər şəxslərin 9-nun bu həbsxanada tanış olduğu ehtimal olunur. Həmin şəxslərin həbsdən çıxdıqdan sonra terror qruplaşması yaratdığı vurğulanır.

Qərb mediası xəbər verir ki, Bucca həbsxanasında ən təhlükəli radikal dindarların saxlanılıb. 100 min adamın saxlanıldığı həbsxanadan məhbusların azad olunmasına sevinmədiyini deyən polis rəisi Sad Abbas Mahmud deyib ki, azad olunanların 90 faizi əvvəlki peşəsini davam etdirəcəyini bildirirmiş: "Bu adamlar bağçaya çiçək əkmirdilər, bayıra çıxıb gəzmirdilər. Problemin ciddi olduğu o zamandan bəlli idi. Təəssüf ki, İraq hökuməti və səlahiyyətliləri problemin nə qədər böyüyəcəyinin fərqinə varmadılar".

Məhkumların daha da radikallaşması üçün əlverili şəraitə sahib Bucca həbsxanasında İŞİD lideri Əbu Bəkir əl-Bağdadi 5 il həbsdə olub.

Bucca həbscanasında radikal dindarların ABŞ kəşfiyyatı tərəfindən "verbovka" olunduğu da istisna olunmur.(Ans)



Teqlər:





Xəbər lenti