Mədən qəzalarına etiraz edənlər saxlanılıb

Mədən qəzalarına etiraz edənlər saxlanılıb
  05 Noyabr 2014    Oxunub:1786
Türkiyədə mədən qəzalarına etiraz etmək məqsədilə Ankarada aksiya keçirən vətəndaşlardan 17-i saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnqilabçı fəhlələrin həmkarlar təşkilatlarının Konfederasiyası üzvləri Karaman bölgəsindəki Ermenek mədənində baş verən qəzada 18 mədən işçisinin hələ də tapılmamağına etiraz edib.

Aksiya iştirakçıları əmək və sosial təminat naziri Faruk Çəlikin istefasını tələb edib. Onlar “nazir istefa versin, işləyəndə ölmək istəmirik” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları Soma mədənində həlak olan 301 mədən işçisinin də ölümündə Faruk Çəliki təqsirli bilmişdi.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti