Qaribaşvili ölkədəki siyasi böhrandan danışdı

Qaribaşvili ölkədəki siyasi böhrandan danışdı
  05 Noyabr 2014    Oxunub:1513
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə davam edən siyasi böhrana münasibət bildirib.
Bu barədə AzVision.az gürcü KİV-ə istinadən xəbər verir.

Qaribaşvili bildirib ki, baş verən istefalara baxmayaraq Gürcüstanın xarici siyasətində heç bir dəyişiklik olmayacaq: “Ölkənin xarici siyasət kursunda dəyişiklik olmayacaq, bu bizim ölkənin və hökumətimizin seçimidir. Biz bu işi sona çatdıracağıq”, - deyə Qaribaşvili vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstan xarici işlər naziri Mayya Pancikidze tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

Daha əvvəl Gürcüstanda Müdafiə Naziri İrakli Alasaniyanın istefaya göndərilməsindən sonra Avrointeqrasiya işləri üzrə nazir Aleksi Petriaşvili də istefa edəcəyini bildirib.

Son müsahibəsində Petriaşvili "Diktatura yaxınlaşır, demokratiya təhlükədədir. Sabah mən yazılı şəkildə baş nazirə istefa barədə müraciət edəcəm”- deyə bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti