Prezident Administrasiyasının rəhbərinin oğlunun faciəli ölümü

Prezident Administrasiyasının rəhbərinin oğlunun faciəli ölümü
  05 Noyabr 2014    Oxunub:3384
Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun oğlunun ölməsi ilə bağlı məlumatlar yayılıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Aleksandr İvanovun Birləşmiş Ərəb Əmirliklərində istirahət zamanı boğulduğu bildirilir. Bu barədə “LiveJournal” bloqunda bloqer “Kado4nikov” məlumat yayıb. Sonradan bu məlumat bloqdan çıxardılıb. Rusiyanın BƏƏ-dəki səfirliyi bu məlumatı şərh etmir.

Aleksandr İvanov “Vneşekonombank”ın İdarə Heyətinin sədrinin müavidir. Bu gün bankın yayılan məlumatlarla bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Aleksandr İvanov 18 mart 1977-ci ildə Moskvada anadan olub. O, Rusiya XİN Universiteti və Maliyyə Akademiyasını bitirib. 2007-ci ildən etibarən “Vneşekonombank”da işləyib. 2012-ci ildən bu bankda İdarə Heyətinin sədrinin müavini və üzvü işləyir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti