`News Performance`: `Yaqland anlamalıdır ki...`

`News Performance`: `Yaqland anlamalıdır ki...`
  05 Noyabr 2014    Oxunub:1918
`News Performance` saytında Avropa Şurasının Baş Katibi Torbyorn Yaqlandın “Azərbaycanda insan hüquqları kəskin vəziyyətdə” adlı məqaləsilə bağlı şərh dərc olunub. Məqalənin tam versiyasını BURADAN oxuya bilərsiniz.

`Biz cənab Yaqlandın öz fikrini bildirmək hüququna hörmətlə yanaşırıq, lakin Azərbaycanda insan hüquqları ilə bağlı bildirdiyi tənqidlər qəbul edilə bilməz. Əslində Azərbaycanda insan hüquqlarının getdikcə inkişaf etdiyini anlamaq üçün bu ölkəyə coğrafi kontekstdə baxmaq lazımdır. Öncə qeyd etmək gərəklidir ki, Azərbaycanın cənubunda insan hüquq və azadlıqlarının vəziyyətinin daha pis olduğu İran kimi ölkə var`- deyə yazıda bildirilir.

Daha sonra vurğulanır ki, Azərbaycanın şərqində dünya ictimaiyyəti tərəfindən hüquq və azadlıqların pozulmasına görə tənqid olunan Türkmənistan yerləşir. Bu ölkədə internetdən istifadəyə belə, qadağa qoyulub. Halbuki Azərbaycanda heç zaman belə məhdudiyyətlər olmayıb.

`Bunları nəzərə alaraq, cənab Yaqland anlamalıdır ki, Azərbaycan getdikcə inkişaf edir, insan hüquqları, demokratiyanın təkmilləşdirilməsi üçün çalışır. Azərbaycan gənc ölkədir və biz onun Böyük Britaniya kimi demokratiya vəziyyətində olmasını ummamalıyıq. Biz tənqidləri dayandırmalı və insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycanla birlikdə işləməliyik`,- deyə yazıda vurğulanır.

AzVision.az


Teqlər:





Xəbər lenti