Dünyada ən uzun `selfi`- 300 nəfər bir arada

Dünyada ən uzun `selfi`- 300 nəfər bir arada
  05 Noyabr 2014    Oxunub:1432
Noyabr ayında Dubay iki göstərici üzrə – selfi-fotoşəkillərin ən uzun zəncirinə və bir dəstəyə daxil olan avtomobil markalarının ən böyük sayına görə dünya rekordları müəyyən etməyə çalışacaq.
“Emirates 24/7” İnternet portalının verdiyi məlumata görə, yeni rekordlar noyabrın 28-də Dubay avtomobil festivalında müəyyən edilməlidir. Xarici KİV-lər xəbər verirlər ki, həmin paraddakı avtomobil dəstəsində 500 avtomobil, o cümlədən unikal maşınlar və Dubay polisinin “superkarları” da olacaq. Beləliklə, Dubay eyni dəstədə avtomobillərin müxtəlif markalı ən böyük sayı üzrə dünya rekordu müəyyən etməyə hazırlaşır.

Festivalın təşkilatçıları bu il oktyabr ayında Los-Ancelesdə müəyyən edilmiş və Ginnesin Rekordlar Kitabına daxil olmuş “ən uzun selfi” rekordunu təzələməyi planlaşdırırlar. O vaxt selfidə 283 nəfərlik dəstə əks olunmuşdu, Dubayda gözlənilən rekordda isə 300-dən çox adam iştirak edəcək.

Avtoportretin bir növü olan selfinin mahiyyəti ondan ibarətdir ki, insan bəzən güzgüdən, qaytandan və taymerdən istifadə etməklə fotokamera ilə öz şəklini çəkir. 2010-cu illərin əvvəlində mobil qurğularda fotokameralar yerləşdirilməsinin geniş miqyas alması sayəsində bu termin populyarlaşıb.


Teqlər:





Xəbər lenti