Dünyanın ən bədbəxt ölkələrinin SİYAHISI

Dünyanın ən bədbəxt ölkələrinin SİYAHISI
  04 Noyabr 2014    Oxunub:11024
Ermənistan dünyanın ən bədbəxt ölkələri siyahısında 10-cu yeri tutub. AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ-ın “Cato İnstitute” mərkəzinin hazırladığı araşdırmada bildirilir.

Məlumata əsasən hesabat inflyasiyanın və işsizlik səviyyəsinin aşağı salınması, kredit qoyuluşlarına və digər göstəricilərə görə müəyyənləşdirilib. Reytinqdə 109 ölkənin adı göstərilib.

Bədbəxtlər siyahısında ilk dördlüyə bu ölkələr daxildir: “Suriya, Venesuela, Sudan və İran. Ermənistanın özü isə siyahıda 10-cu yeri tutub. Siyahıda 11-ci yeri nə qədər qəribə olsa da Avropa İttifaqının üzvü İspaniya tutub.

Siyahıda Gürcüstan 24-cü, Azərbaycan 38-ci, Rusiya isə 47-ci yeri tutub. Reytinqə əsasən İsveçrə dünyanın ən xoşbəxt ölkəsidir. Onun ardınca isə şərqi-Asiya ölkələri gəlir: Yaponiya, Çin, Tayvan, Cənubi Koreya, Sinqapur, Malayziya və Tayland.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti