ABŞ-dan Rusiyaya növbəti sanksiyalar

ABŞ-dan Rusiyaya növbəti sanksiyalar
  04 Noyabr 2014    Oxunub:5962
ABŞ hökuməti Minsk sazişini yerinə yetirməyəcəyi təqdirdə rəsmi Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Vaşinqton bir daha xatırladıb ki, “Donetsk və Luqansk Xalq Respublika”larında keçirilən seçkiləri tanımayacaq.
“Əgər Rusiya Minskdə götürdüyü öhdəlikləri yerinə yetirməsə və vəziyyəti gərginləşdirməyə davam etsə, onda Rusiya üçün bunun bədəli çox ağır olacaq”, - deyə Ağ ev Təhlükəsizlik Şurasının sədri Bernadett Mixen vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton Rusiya XİN-in rəsmi Moskvanın qondarma qurumlarda keçirilən seçkilərin baş tutmasına dair yaydığı bəyanatdan narahatdır.

“Əvvəllər də dediyimiz kimi Rusiyanın seçim etmək şansı var. əgər o sülh prosesinə töhfə versə və Minskdə götürdüyü öhdəlikləri yerinə yetirsə ona qarşı tətbiq edilən sanksiyalar azaldıla bilər”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti