Dini komitədən Aşura ilə bağlı - Təkzib

Dini komitədən Aşura ilə bağlı - Təkzib
  03 Noyabr 2014    Oxunub:1960
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son günlər Aşura günü ilə bağlı yayılan müxtəlif fikirlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Komitədən verilən məlumatda bildirilir ki, son günlər elektron mediada Məhərrəm ayı, xüsusilə Aşura günü ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adından məqsədli şəkildə bəzi fikirlər yayılıb və həmin fikirlər Dövlət Komitəsinin rəsmi mövqeyi kimi müzakirəyə çıxarılıb.

Bildirilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin [email protected] adında elektron poçt ünvanı yoxdur və bu ünvandan media qurumlarına göndərilən elektron məktublar Dövlət Komitəsinə aid deyil.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti və konkret məsələlərlə bağlı mövqeyi barədə informasiyalar Komitənin rəsmi internet saytından – www.scwra.gov.az və Mətbuat Katibinin elektron ünvanından - [email protected] yayılır.

Media qurumlarından xahiş olunur ki, digər elektron ünvanlardan daxil olan və mənbəyi məlum olmayan məlumatları Komitənin Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər. Əks təqdirdə yayılan informasiyalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, media qurumlarının işgüzar nüfuzuna da ciddi zərbə vurur.

Eyni zamanda bildiririk ki, Dövlət Komitəsi tərəfindən müvafiq araşdırma aparılır və məsələ ilə bağlı zəruri tədbirlər görüləcək.



Teqlər:





Xəbər lenti