132 nəfər həbsxanadan qaçdı

132 nəfər həbsxanadan qaçdı
  03 Noyabr 2014    Oxunub:1558
Nigeriyanın Kodji ştatında naməlum şəxslərin həbsxanaya hücum etməsindən sonra 132 nəfər həbsxanadan qaçıb.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

“Həbsxanaya hücum zamanı 145 məhbus olub. Onlardan biri həlak olub, 8-i həbs olunub, 4 nəfər isə könüllü sürətdə polis əməkdaşlarına təslim olub. Qalan məhbuslar isə hazırda azadlıqdadır”, - deyə ştatın qubernatoru Ceykob Edi bildirib.

Ehtimallara görə, həbsxanaya hücumu “Boko Haram” qruplaşmasının yaraqlıları həyata keçirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti