Fransada `partizan müharibəsi` - FOTOLAR, VİDEO

Fransada `partizan müharibəsi` - FOTOLAR, VİDEO
  03 Noyabr 2014    Oxunub:4697
Fransanın cənubunda Tarn departamentində Siven meşəsinin yaxınlığında bəndin tikilməsinə etiraz edən fəallara polis kəskin müqavimət göstərib.

Bəzi deputatların dəstəyilə ətraf mühitin qorunması ilə məşğul olan assosiasiyalar dinc nümayişlə öz etirazlarını bildirərək, hökumətdən ətraf mühitə ziyan vuracaq bu qərarın dəyişdiriləməsini tələb ediblər. Qeyd edək ki, bənd sadəcə suyun saxlanılması məqsədi daşıyır, ondan elektrik enerjisi istehsalı üçün istafdə nəzərdə tutulmayıb.

Oktyabrın 25-də tikintiyə etiraz edən 5 mindən çox insan bəndin qurulacağı yerdə aksiya keçirir. Bu zaman bir qrup fəalla polis arasında kəskin qarşıdurma olub, polisin etirazçıları dağırtmaq məqsədilə atdığı qumbaralardan biri Remi Fress adlı 21 yaşlı gəncin həyatına son qoyub.

Polisin məlumatına görə, etriazçılar arasında olan radikal qruplar polisə yandırıcı materiallar, “Molotov kokteylləri” atıblar. Polis heç bir məsuliyyət daşımadığını, zorakılığnın qrşısını almağa çalışdığını bildirib.

Noyabrın 1-də isə “polis zorakılığına” qarşı Fransanın müxtəlif şəhərlərində icazəsiz mitinqlər təşkil edilib. Nant, Tuluz və Dijon kimi şəhərlərdə nümayişlər polislə qarşıdurmaya çevrilib. “Le Monde”-un yazdığına görə, Nant şəhərində baş verənlər “partizan müharibəsi” səhnələrini xatırladıb. Üç polis əməkdaşı yaralanıb. Nümayişçilərdən bir neçəsinin yaralandığı bildirlir, onlardan birinin dəyənəklə döyüldüyü, birinin qumbara qəlpəsi aldığı, digərinin isə burnunu güllə qopardığı bildirlir. Yekunda Nantda 21 nəfər, Tuluzda isə 16 nəfər polis tərəfindən saxlanılıb. Nant şəhərinə vurulan zərərin miqdarı xüsusilə böyükdür. Şəhərin meri Johanna Rolland bildirib ki, “Biz radikal qrupların girovuna çevrilməyi qəbul edə bilmərik”.

Noyabrın 2-də Parisdə keçirilən icazəsiz mitinq də polis tərəfindən dağıdılıb. Məlumatlar görə, ciddi zorakılıq səhnələri baş verməyib, lakin polis ilk dəqiqələrdə 75 nümayişçini saxlayıb, onlardan qeyri-qanuni silah və partlayıcı maddələr daşıyan 19 nəfəri barəsində müvəqqəti həbs tədbiri seçilib. “Le Monde” qəzeti yazır ki, həmin şəxslərdən 3-ü qadağan edilmiş silah daşıdığına görə, 14-ü zorakılıq niyyətilə nümayişə qoşulduğuna görə, ikisi isə polisə itaətsizlik göstərdiyinə görə tutulublar.

AzVision.az





Qalereya




Teqlər:  





Xəbər lenti