Səfirlik avtomobili polis maşını ilə toqquşub

Səfirlik avtomobili polis maşını ilə toqquşub
  03 Noyabr 2014    Oxunub:1888
Ermənistanın Rusiyadakı səfirliyinə məxsus avtomobil Moskvanın şərqində polis maşını ilə toqquşub.
Bu barədə AzVision.az “Gazeta.ru” ya istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, noyabrın 3-ü səhər saatlarında Çerkizov keçidi yaxınlığında səfirliyə məxsus “Mercedes-Benz” markalı minik avtomobili hərəkət istiqamətinin qarşı zolağına çıxaraq Moskva polisinə məxsus “BMW” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində heç kimə xəsarət dəyməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti