Kürdlərdən İŞİD-ə hücum: 43 ölü

Kürdlərdən İŞİD-ə hücum: 43 ölü
  03 Noyabr 2014    Oxunub:2227
Suriyanın Kobani şəhərində mühasirədə olan kürdlər İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarına qarşı uğurlu əməliyyat keçirib.
AzVision.az-ın “BBC”-yə istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində 43 İŞİD yaraqlısı məhv edilib.

Ötən gün Kobanidə vuruşan kürdlərə İraqdan gələn “Peşmərgə”lərdə qoşulub. Bu onların birgə keçirdiyi ilk əməliyyatdır.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti