Türk dili rəsmi dil elan olundu

Türk dili rəsmi dil elan olundu
  03 Noyabr 2014    Oxunub:1811
İraq Kürd Bölgəsi Məclisi (IKBY) parlamenti türk dilinin türkmən ləhcəsinin rəsmi dil olması barədə qərar qəbul edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tükrmən bölgəsinin millət vəkili Aydın Maruf bu qərarın önəmindən danışıb, o vurğulayıb ki, Kürd bölgəsində ərəb və kürd dili ilə yanaşı türkmən türkçəsi də dövlət idarələrində, məktəblərdə və məhkəmələrdə rəsmi dil kimi istifadə olunacaq:

“Bu qərarın qəbul olunması üçün türkmə əhalinin sayının 20% olmalı idi. Kürdüstan bölgəsində Təhsil Nazirliyinin tərkibində olan və türk dilində təhsil verən məktəblər var. Ərbildə 13, Süleymaniyədə isı 3 belə məktəb var”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti