Suriyalı qaçqınlar Laçına köçürülür

Suriyalı qaçqınlar Laçına köçürülür
  03 Noyabr 2014    Oxunub:3865
Suriyadan qaçan 28 erməni ailəsi Azərbaycanın işğal altında olan Laçın şəhərində yerləşdirilib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Yerevanda keçirilən mətbuat konfransında separatçıların nümayəndəsi, Laçında məskunlaşdırma üzrə idarənin rəhbəri Robert Matevosyan bildirib.

Onun sözlərinə görə, bu ailələr rayonun müxtəlif yaşayış məntəqələrində yerləşdirilib. Üç ailə isə Laçın şəhərinin özündə məskunlaşıb: “Onlardan bəziləri burada müvəqqəti, bəziləri isə həmişəlik bu şəhərdə qalacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti