Əsəd Kadırovu Suriyaya çağırdı

Əsəd Kadırovu Suriyaya çağırdı
  03 Noyabr 2014    Oxunub:2344
Çeçenistan lideri Ramzan Kadırov Suriya prezidenti Bəşər Əsəd tərəfindən dəvət aldığını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Kadırov bildirib ki, Əsəd onu Suriyaya səfər etməyə dəvət edib.

"Mən Suriya müftisi Şeyx Əhməd Bədrəddin Hassunu və Suriyanın Rusiyadakı səfiri Riyad Həddadı qəbul etmişdim. Müfti mənə Suriya prezidenti Bəşər Əsədin salamlarını çatdırdı və bildirdi ki, Əsəd Rusiyaya Suriya münaqişəsində prinsipial mövqeyinə görə təşəkkür edir.

Bundan başqa müfti dedi ki, Bəşər Əsəd məni Suriyaya dəvət edir", deyə Çeçenistan lideri bildirib.


Teqlər:





Xəbər lenti