İlham Əliyevlə Gülün qeyri-rəsmi Fotoları

İlham Əliyevlə Gülün qeyri-rəsmi Fotoları
  02 Noyabr 2014    Oxunub:3950
Türkiyənin keçmiş prezidenti Abdullah Gülün şəxsi fotoqrafı Mehmet Demirçi çəkdiyi maraqlı fotoları ““A” protokol: prezidentlə 990 gün” adı ilə kitab halında nəşr edib.

AzVision.az Virtualaz.org saytına istinadən məlumat verir ki, kitabda fotoqrafın Abdullah Gülün prezident olduğu son 3 ildə çəkdiyi maraqlı və qeyri-rəsmi fotoları yer alıb.

Kitabda azərbaycanlı rəssam Cavad Süleymanpurun A.Gülün tablosunu çəkərkən lentə alınan fotosu da var.

Hazırda Çankaya köşkündə Türkiyənin 11 prezidentinin tablosu asılıb. Abdullah Gülün Çankaya köşkündə asılan fotosunun müəllifi azərbaycanlı Cavad Süleymanpurdur.

Kitabda yer alan fotolar arasında A.Gülün Azərbaycan prezidneti İlham Əliyevlə görüşlərdə lentə alınan fotoşəkillər də var. Ümumiyyətlə, A.Gülün rəsmi görüş və səfərlərdə şəxsi fotoqrafı tərəfindən çəkilən maraqlı fotoları diqqət çəkir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti