Bu ölkə bayrağını dəyişir

Bu ölkə bayrağını dəyişir
  31 Oktyabr 2014    Oxunub:2136
Yeni Zelandiyada iki il sonra ölkə bayrağının dəyişdirilməsi ilə bağlı referendum keçiriləcək.
Azvision.az-ın “Guadian”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Con Key bildirib.

Hazırkı bayrağı tənqid edənlər onun daha əvvəl Britaniya imperiyasına daxil olan digər ölkələrin bayrağına bənzədiyini bildirirlər.

Referendum iki mərhələdən ibarət olacaq. Gələn il sonunda ölkə vətəndaşları bir neçə variantdan ibarət bayrağın yeni dizaynını seçəcək. Bayraq dizaynlarını isə öz növbəsində referenduma qədər Yeni Zelandiyadan doğulan məşhurlardan ibarət komissiya seçəcək.

2016-cı ildə həyata keçirilməsi planlaşdırılan ikinci mərhələdə isə vətəndaşları yeni bayrağı seçmək və ya əksinə köhnə bayrağı saxlamaq barədə qərar verəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti