İsrail və İsveç arasında Fələstin gərginliyi

İsrail və İsveç arasında Fələstin gərginliyi
  31 Oktyabr 2014    Oxunub:1727
İsrail rəsmi Stokholmun Fələstini müstəqil dövlət kimi tanımasına etiraz olaraq İsveçdəki səfirini geri çağırmaq qərarını verib.
Bu barədə AzVision.az “NBC News” istinadən xəbər verir.

Artıq İsrailin xarici işlər naziri Aviqdor Liberman da İsveçin qərarını sərt şəkikldə tənqid edib: “Yaxın şərq siyasəti “İKEA” nın mebellərini yığmaqdan dəfələrlə çətindir”.

Qeyd edək ki, ötən gün İsveç xarici işlər naziri Marqot Valstrom İsveç hökumətinin Fələstini müstəqil dövlət kimi tanıdığını bəyan edib.

“Bu gün hökumət Fələstini dövlət kimi tanımağı qərar alıb. Bu əhəmiyyətli addımdır və fələstinlilərin öz müqəddəratını təyin etmə hüququnu təsdiqləyir”, - deyə Valstrom vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti