Rusiya ilə Ukrayna `barışdı`

Rusiya ilə Ukrayna `barışdı`
  31 Oktyabr 2014    Oxunub:1982
Ukrayna, Rusiya və Avropa Komissiyası Brüsseldə qış qaz planı üzrə lazım oln bütün sənədləri imzalayıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, plana əsasən Rusiya 2015-ci ilin mart ayının sonuna qədər Ukraynaya qaz tədarükünü bərpa edəcək.

Əldə olunan razılaşmaya əsasən Ukrayna ilin sonuna kimi “Qazprom” şirkətinə olan 5,3 milyard dollar borcun 3,1 milyardını və qış fəslində alınan qaza görə əvvəlcədən ödəniş edəcək.

Sənədi Rusiya və Ukrayna energetika nazirləri Aleksandr Novak və Yuriy prodan və Avropa Komissiyasının energetika sahəsi üzrə vitse-prezidenti Günter Ettinqer imzalayıblar.
Ettinqerin sözlərinə görə, Rusiya mart ayının sonuna kimi Ukraynaya 100 dollar güzəşt təqdim edəcək. Novak Rusiyanın hökumətinin yaxın günlərdə müvafiq qərarı verəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti