Avropadan ermənilərə 34 milyon avro yardım

Avropadan ermənilərə 34 milyon avro yardım
  30 Oktyabr 2014    Oxunub:2025
Avropa İttifaqı (Aİ) 2015-ci ildə Ermənistana 34 milyon 387 min avro yardım edəcək.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən verir.

Məlumata əsasən bu barədə maliyyə nazirinin birinci müavini Pavel Safaryan Ermənistan parlamentində 2015-ci ilin büdcəsinin müzakirəsi zamanı bildirib.

Nazir müavini bildirib ki, bu vəsait məqsədli və adi qrantlar formasında ayrılıb. Nazirin sözlərinə görə, məqsədli qrantlar konkret proqramların həyata keçirilməsi üçün ayrılır və dövlət onu başqa məqsədlər üçün istifadə edə bilməz: “20 milyon avro ölkə büdcəsinə köçürüləcək və təhsil sahəsində islahatlara xərclənəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti