İsraildən müsəlmanlara inanılmaz qadağa

İsraildən müsəlmanlara inanılmaz qadağa
  30 Oktyabr 2014    Oxunub:3240
İsrail hökuməti 1967-ci ildə başa çatan altı günlük müharibədən sonra ilk dəfə Əl-Aksa məscidinə müsəlmanların girişini qadağan edib.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Fələstin prezidenti Mahmud Abbas Administrasiyası artıq bildirib ki, “Əl-Əksa məscidinə girişin qadağan edilməsi müharibənin elan olunmasına bərabərdir”.

“Əl-haram əş-Şərif” məscidinin statusu Fələstin-İsrail münasibətlərində ən ciddi problemlər arasındadır.
Qeyd edək ki, oktyabrın 8-də Qüds şəhərində Əl-Əksa məscidinə daxil olan fələstinlilərlə və yəhudi polislər arasında toqquşma baş verib.

Məlumata əsasən polislər fələstinliləri dağıtmaq üçün su şırnaqları, rezin güllələr və gözyaşardıcı qazlardan istifadə edib. Toqquşmalar nəticəsində 7 İsrail polisi və 20-dən çox fələstinli müxtəlif dərəcəli xəsarətlər alıb.

Toqquşmalar polislərin 60 yaşdan aşağı fələstinlilərin məscidə girişinə qadağa qoymasından sonra başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti