ABŞ-dan mühüm Qarabağ açıqlaması

ABŞ-dan mühüm Qarabağ açıqlaması
  30 Oktyabr 2014    Oxunub:2294
ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini nizamlanma üzrə konstruktiv addımlar atmağa çağırır.

AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

“Tərəflər prezidentlərin bu il keçirilən üç görüşündə qeydə alınan impulsa əsaslana bilər”, - deyə Psaki vurğulayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tərəfləri qarşılıqlı inam göstərməli və dialoq köməkliyi ilə bir çox şəylərə nail olmağın əminliyini bölüşməlidirlər.

Psaki vurğulayıb ki, ABŞ dövlət karibi Con Kerrinin Uelsdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi görüş münaqişənin dialoq yolu ilə həll edilməsinə öz tövhəsini verib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti