Prezident ata olacaq

Prezident ata olacaq
  29 Oktyabr 2014    Oxunub:3030
Gürcüstan prezidenti Georgi Marqvelaşvili və onun xanımı Maka Çiçuanın övladı olacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə Çiçua “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

“Mənim oğlum olacaq. Bizim artıq iki qız övladımız var. Məlum oldu ki, üçüncü övladımız oğlan olacaq”, - deyə birinci ledi bildirib.

Qeyd edək ki, bu ilin sentyabrın 10-da Gürcüstan Prezidenti Georgi Marqvelaşvili vətəndaş nikahında olduğu Maka Çiçua ilə rəsmi nikaha girib.

Marqvelaşvili ikinci dəfə ata olacaq. Onun Anna adlı qızı var. Çiçuanında maşo adlı qızı olacaq.

G.Marqvelaşvili və M.Çiçua uzun illərdir bir yerdə yaşayıblar. Onları vaxtilə övladları Maşo və Anna tanış ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti