Rusiya Ermənistandakı hərbi bazasını genişləndirir

Rusiya Ermənistandakı hərbi bazasını genişləndirir
  29 Oktyabr 2014    Oxunub:1227
Rusiya ölkə sərhədindən kənarda olan hərbi bazaları aktiv şəkildə inkişaf etdirmək niyyətini açıqlayıb.
AzVision.az-ın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Biz xaricdəki –Qırğızıstan, Tacikistan və Ermənistandakı hərbi bazalarımızı genişləndirəcəyik. Bu istiqamətdə aktiv şəkildə iş aparılır”, - deyə Şoyqu bildirib.

Nazir bildirib ki, bu yaxınlarda Rusiya eskadrilyası Belarus xidmət aparmağa və bu ölkənin hərbçilərinə təlim keçməyə başladığını xatırladıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti