Marqvelaşvili: “Putinlə görüşməyə hazıram”

Marqvelaşvili: “Putinlə görüşməyə hazıram”
  29 Oktyabr 2014    Oxunub:1200
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Rusiya lideri Vladimir Putinlə görüşməyə hazırdır.
AzVision.az-ın məlumatına görə, bu barədə Marqvelaşvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

“Mən Rusiya prezidenti ilə görüşə hazıram. Lakin görüşdə Rusiya və Gürcüstana aid məsələlər müzakirə edilməlidir. Biz Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi şərti çərçivəsində Rusiya ilə mehriban qonşuluq münasibətləri qurmaq istəyirik və bu məsələni müzakirə etməyə hazırıq”, - deyə Marqvelaşvili bildirib.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti