91 yaşlı Türkiyə Cümhuriyyəti...

91 yaşlı Türkiyə Cümhuriyyəti...
  29 Oktyabr 2014    Oxunub:1321
Bu gün Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə müstəqilliyinin əldə olunmasından 91-ci il ötür.

1918-ci ildə Osmanlı dövləti süqut etdikdən sonra Mustafa Kamal Atatürkün başlığı iləİstqilal savaşı aparan Türkiyə 1923-cü ildə müstəqilliyini bəyan edib. Ölkənin ilk prezidenti də elə Mustafa Kamal Atatürk olub.

Bayramla əlaqədar ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan videoismarıcla xalqı təbrik edib. Bu günə qədər Türkiyənin bir çox sınaqdan alnıaçıq çıxdığını vurğulayan Ərdoğan ölkənin günü gündən daha da inkişaf etdiyini bildirib.

Hər il olduğu kimi bu il də Cümhuriyyət bayramı prezident sarayında qeyd olunacaq. İlk olaraq Ankarada Atatürkün məzarı ziyarət olunacaq və prezident təbrikləri qəbul edəcək. Bu il bayram prezidentin yeni iqamətgahında qeyd ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti