“Türkiyə ordusu ilə qürur duya bilər” – Ərdoğan

“Türkiyə ordusu ilə qürur duya bilər” – Ərdoğan
  29 Oktyabr 2014    Oxunub:1421
Türkiyə öz ordusu ilə qürur duya bilər.
AzVision.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, bir hissəsi hazırda Suriyada olan və Süleyman şahın məqbərəsini qoruyan ordusu ilə fəxr edə bilər.

Türkiyə prezidenti vurğulayıb ki, xalq hər zaman öz ordusunu dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Qeyd edək ki, Osmanlı sultanlığının banisi I Osmanın babası –Süleyman şahın məqbərəsi Suriyanın Hələb şəhərində yerləşir. 1921-ci ildə bağlanan müqaviləyə əsasən məqbərənin yerləşdiyi ərazi Türkiyə torpağı hesab olunur və onu türk əsgərləri qoruyur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti