Avropa İttifaqından Paris görüşünə reaksiya

Avropa İttifaqından Paris görüşünə reaksiya
  29 Oktyabr 2014    Oxunub:1379
Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü irəliyə doğru çox müsbət addımdır.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

M.Mard qeyd edib ki, bu cür yüksəksəviyyəli görüşlərin keçirilməsi status-kvonun dəyişməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün olduqca vacibdir.

Onun fikrincə, Azərbaycan və Ermənistan arasında bu cür yüksəksəviyyəli görüşlərin gələcəkdə də davam etdirilməsi vacibdir.

Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.


Teqlər:





Xəbər lenti