Prezident dünyasını dəyişdi

Prezident dünyasını dəyişdi
  29 Oktyabr 2014    Oxunub:1860
Böyük Britaniyanın paytaxtı Londonda Zambiya prezidenti Maykl Sata dünyasını dəyişib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir. Satanın hansı xəstəlikdən müalicə olunması da gizli saxlanılıb.

Zambiya hökuməti rəsmi olaraq bu məlumatı şərh etməkdən imtina edir.

Bu ilin sentyabr ayında Sata Nyu-Yorkdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Zambiya başçısı BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etməyi planlaşdırsa da səhhətindəki problemlərlə əlaqədar iclasa qatıla bilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti