Putinin 3 il ömrü qalıb - Şok İDDİA

Putinin 3 il ömrü qalıb - Şok İDDİA
  29 Oktyabr 2014    Oxunub:2966
Rusiya prezidenti Vladimir Putinin mədəaltı vəzinin xərçəngi, yaxud da onurğa beyinin xərçənginə tutulduğu iddia edilir.
AzVision.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “New York Post” qəzeti çıxış edib. Qəzetin yaydığı məlumata görə, Putinə bu diaqnoz yayda qoyulub və həkimlərin dediyinə görə, bu xəstəliyə tutulanların sağ qalmaq ehtimalı 8%-dir.

Adı çəkilən məlumatda Putinin Almaniyanın Dresdner şəhərində həkimə müraciət etdiyi və 84 yaşı olan bu həkimlə KQB-də işlədiyi vaxt tanış olduğu qeyd olunur.

Həmçinin həkimin ona əzələləri möhkəmləndirən iynə vurduğu da iddia edilir.

15 il sonra 62-ci doğum gününü qeyd etməyi təəccüblə qarşılanan Putinin 3 il ömrü qaldığı deyilir. Məhz buna görə onun Rusiyanın sərhədlərini genişləndirmək və öləndən sonra qəhrəman kimi yad olunmaq istədiyi bildirilir.

Polşanın “Fakt” qəzeti də Putinin xəstəlik iddiasını tirajlayıb və qeyd edib ki, onun aqressiv xarici siyasəti də xəstəliyin təsirindəndir. Qəbul etdiyi ağır dərmanlar buna şərait yaradır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti