Nazir rüşvətə görə üzr istədi

Nazir rüşvətə görə üzr istədi
  29 Oktyabr 2014    Oxunub:1662
İspaniyanın baş naziri Mariano Raxoy İspaniya xalqından üzr istəyib.
Bir qədər əvvəl Raxoyun hazırkı iqtidar - Xalq Partiyasından da bir neçə üzv daxil olmaqla rüşvətxorluqda ittiham olunan 51 dövlət məmuru və biznesmen həbs olunmuşdu. Sözügedən partiya mənsubları qanunsuz tikinti müqavilələrini reallaşdırmaq üçün rüşvət alıblar.

Raxoy parlamentdə çıxışı zamanı partiyası adından üzrxahlıq edib.

“Bu qalmaqalla əlaqədar mən də xalqın qəzəbinə şərik oluram. Partiyamıza üzv olan şəxslərin təqsirləri sübuta yetirilərsə, onlar partiyamızdan qovulacaqlar. Onları layiq olmadıqları işə təyin etdiyimə görə parlament və xalqdan üzr istəyirəm. Xalq ölkəni bu böhranlı vəziyyət çıxarmağa çalışdığı bir vaxtda onların belə bir hərəkətə yol verməsi bağışlanılmazdır” - deyə nazir bildirib.

Raxoy, məsələyə tənqidi yanaşmaqla bərabər, bu cür halların qarşısını almaq üçün mübarizəni gücləndirəcəyini də əlavə edib.

Son iki ildə İspaniyada korrupsiyadan dövlətə dəyən ziyan 250 milyon avro təşkil edib.(Ans)


Teqlər:





Xəbər lenti