Bu dəfə 70 əsgərin başını kəsdilər

Bu dəfə 70 əsgərin başını kəsdilər
  29 Oktyabr 2014    Oxunub:1851
"Əl Qaidə"yə bağlı "Əl Nusra" terrorçu qruplaşma Suriyanın Türkiyə sərhədində hücumlara keçib.
Terrorçular İdlib şəhərində valilik və polis bölmələrinin binalarına hücum edib. Əl Nusra terror qruplaşması uzun müddət ərazidə nəzarəti ələ keçirib. Lakin bölgəyə Suriya ordusu hücum edib. Terrorçularla ordu arasında şiddətli döyüşlər gedib.

Hazırda şəhərin bəzi ərazilərində döyüşlər gedir

İngiltərənin "İndependent" qəzeti yazır ki, İdlibdə şiddətli döyüşlərdə Bəşər Əsəd rejiminə bağlı yüksək rütbəli hərbçilər həlak olub. Qəzetin yazdığına görə, döyüşlərdə terrorçular əsir götürdükləri 70-dən çox əsgərin başını kəsiblər.

Qeyd edək ki, Suriyanın Kobani şəhərində də qızğın döyüşlər gedir.(Ans)


Teqlər:





Xəbər lenti