Türkiyədə mədən faciəsi: ölənlər var (Yenilənib)

Türkiyədə mədən faciəsi: ölənlər var (Yenilənib)
  29 Oktyabr 2014    Oxunub:1579
Mədənçilərin yerin altından çıxarılması istiqamətində işlər görülür. Hadisə yerinə 225 xilasedici, 2 təyyarə, 20 təcili tibbi yardım maşını cəlb edilib.
AzVision.az Türkiyənin Hürriyyət qəzetinə istinadən xəbər verir ki, bu gün Türkiyənin Karaman bölgəsindəki mədəndə baş verən faciənin səbəbləri açıqlanıb. İlkin ehtimal kimi ərazidəki su borusunun partladığı bildirilir. Böyük partlayış nəticəsində 25-30 nəfərin yerin altında qaldığı bildirilir.

***

Türkiyənin Karaman ərazisində mədənlərdən birini su basması nəticəsində 18 nəfər həlak olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 8 fəhlə təhlükədən qaçıb qurtula bilsə də, 18 nəfər içəridə qalıb.

Səlahiyyətlilərin sözlərinə görə, mədənçilərin sağ qalması qeyri-mümkündür.

Qeyd edək ki, Türkiyə hökumətinin üzvləri hadisə bölgəsinə yollanıb.
Mədənçilərin meyitlərinin çıxarılması üçün hadisə yerinə xilasedicilər cəlb olunub.




Teqlər:  





Xəbər lenti