Türkiyədə daha bir kömür faciəsi

Türkiyədə daha bir kömür faciəsi
  28 Oktyabr 2014    Oxunub:1457
Türkiyənin Qaraman vilayətində kömür mədənində qəza baş verib.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Hadisə zamanı dağıntılar arasında 20 mədənçinin qaldığı bildirilir. Vilayətin qubernatoru Murad Kocanın sözlərinə görə, qəzanın uçqun nəticəsində baş verdiyini bildirib: “Hazırda torpaq altında 20 nəfər qalıb. Qəza baş verən zaman isə mədəndə 40 nəfər olub. Onlardan 20-si xilas ola bilib”.

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfü Əlvan hadisə yerinə yola düşüblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti