Yəhudilər HƏMAS liderini həbs etdi

Yəhudilər HƏMAS liderini həbs etdi
  28 Oktyabr 2014    Oxunub:2019
İsrail hərbçiləri Fələstinin HƏMAS hərəkatının rəsmi nümayəndəsi Səid Abu əl-Bahanı həbs edib.
Bu barədə AzVision.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən Həmas liderini İordan çayının qərb sahilində həbs ediblər. İsrail hərbçiləri səhər saatlarında Abu əl-Bahanın evinə daxil olaraq onu naməlum istiqamətdə aparılıb.

HƏMAS – Fələstin İslam hərəkatı və siyasi partiyası Qəzza sektorunu idarə edir. Hərəkat 1987-ci ilin dekabrında yaradılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti